Yuxarı

Ağdamlı Nadir “Qarabağ”dan niyə getdi?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamlı Nadir “Qarabağ”dan niyə getdi?

"Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov Ağdam klubundan ayrılıb.

Axar.az xəbər verir ki, hazırda milli komandamızla Avstriyada təlim-məşq toplanışında olan təcrübəli hücumçu komandanı tərk edib.

O, qol.az-a bunları deyib: "Hələ ki, bu haqda danışmaq istəmirəm. Təklif olunan şərtlər məni qane etmədi. Deməli, qismət belə imiş, getməliydim".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 27 yaşlı futbolçuya yeni müqavilə təklif etdiklərini, ancaq onun getmək qərarı verdiyini deyib:

"Biz bir neçə oyunçuya yeni müqavilə təklif etdik və onların qərarını gözləyirik. Həmin futbolçular sırasında Leroy Corc, Muarem Muarem və Vüqar Nadirov da var idi. Onlardan bəziləri yeni şərtlərlə razılaşmadı. Vüqar Nadirovdan cavab gözləyirdik, ancaq o, heç nə demədi. Bu gün eşitdim ki, Nadirov artıq komandadan getmək qərarı verib".

Qeyd edək ki, V.Nadirovun atası Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Futbolçunun atası "General" ləqəbli Ərşad Nadirov Qarabağ müharibəsində batalyon komandiri olub. O, 1993-cü ildə Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. V.Nadirov Ağdamın Seyidli kəndində anadan olub.

Futbolçu karyerasına "Qarabağ"da başlayan Nadirov 2005/2007-ci illərdə "Xəzər Lənkəran", 2008-ci ildə "Masallı", 2008/2009 mövsümündə isə "Karvan"da çıxış edib. 2009-cu ildə yenidən "Qarabağ"a qayıdan V.Nadirov ümumilikdə 10 il Ağdam klubunun şərəfini qoruyub.

Tarix
2015.06.08 / 17:55
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla