Yuxarı

İdmançımız ABŞ çempionu oldu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançımız ABŞ çempionu oldu - Foto

ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (Azərtürk) 73 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bu, qızıl medala layiq görülən soydaşımızın cüdo üzrə Amerika çempionatında üçüncü qələbəsidir. Bundan əvvəl idmançı iki dəfə Amerika çempionatının qalibi olub.

Təltif olunma mərasimində Zaur Cəlil qələbəni doğma Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr etdiyini bildirib.

Qeyd edək ki, Amerika çempionu olan soydaşımız 1998-ci ildən ABŞ-da yaşayan, Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Telman Cəlilovun övladıdır. Z.Cəlil 2006-cı ildən indiyədək müxtəlif ştatlarda keçirilən yarışların qalibi olub, çoxsaylı medal və kuboklarla təltif edilib. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirib.

Tarix
2021.05.16 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla