Yuxarı

Daha bir idmançımız Tokioya lisenziya qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir idmançımız Tokioya lisenziya qazandı

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə Olimpiya lisenziyalı turnirdə mübarizə aparırlar.

Axar.az xəbər verir ki, “Pyer de Kubertyen” arenasında keçirilən yarışda altı idmançımızdan üçü - Neda Rezai (kata), Firdovsi Fərzəliyev (67 kiloqram) və İlahə Qasımova (55 kiloqram) yarışların birinci günü turnirə qatılıb. Onlardan kumite yarışlarında Firdovsi Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

İlkin mərhələdə Li Jinvaya (Koreya), Luka Spitzə (İsveçrə) 2:0, Ramil Makaalaya (Filippin) 1:0, Şaban Abdullaya (Küveyt) 2:1 və Vinisius Fiqueyraya (Braziliya) 1:0 hesabı ilə qalib gələn F.Fərzəliyev, yarımfinalda Martial Tadissiyə (Macarıstan) 2:5 hesabı ilə məğlub olub. Bürünc medal görüşündə Stefan Cokiçi (Serbiya) 3:2 hesabı ilə məğlub edən karateçimiz Tokio Olimpiadasına lisenziyalar uğrunda dördlər finalında iştirak etmək imkanı da qazanıb.

Mükafatçılar dairəvi sistemlə bir-birləri ilə yarışıblar. Nəticədə üçüncü yeri tutan F.Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə alıb.

Turnirin ilk günü çıxış edən digər idmanılarımızdan Neda Rezai (kata) və İlahə Qasımova (55 kiloqram) ilk görüşlərdə məğlub olublar.

Qeyd edək ki, yarışda hər çəki dərəcəsində ilk üç yeri qazanan idmançılar Olimpiya lisenziyaları əldə edəcəklər. İyunun 13-dək davam edəcək turnirdə 98 ölkədən 500 karateçi Olimpiya vəsiqələri uğrunda mübarizə aparır.

Tarix
2021.06.12 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla