Yuxarı

“Neftçi”nin rəqibi nədən çəkinir? – Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" bizim üçün rahat rəqib deyil. Onların heyətində braziliyalı, paraqvaylı və ispaniyalı futbolçular çıxış edir. Lakin komandanın onurğa sütunu azərbaycanlı futbolçulardır".

Qol.az-ın xəbərinə görə, bu sözləri "Mladost"un baş məşqçisi Nikola Rakoyeviç Bakıya gəlməmişdən öncə Monteneqro mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis "Neftçi"nin cütün favoriti olduğunu bildirib: "Neftçi" ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Partizan"la qarşılaşıb. Həmin oyunla müqayisədə komandada 6 yeni futbolçu var. "Neftçi" hardasa, yeni komandadır. Biz onların ötən mövsümkü oyunlarının videoyazılarını izləmişik. Ancaq bu, kifayət etmir.

İlk oyun zamanı rəqibi daha yaxından tanıyacağıq. Sürətli davranmağa hazır olmalıyıq. Rəqibdə hər hansı boşluq görsək, bundan maksimum yararlanmalıyıq. "Neftçi" istər kağız üzərində, istər büdcəsinə, istərsə də reytinqə görə favoritdir. Ancaq mən təcrübələri istisna olmaqla, rəqibin başqa üstünlüyünü qeyd etməzdim. Komandama və Bakıdan sərfəli nəticə ilə ayrılacağımıza inanıram".

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Mladost" oyunu saat 21:00-da başlayacaq.

Tarix
2015.07.01 / 18:22
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla