Yuxarı

Qurban Qurbanov AEL-lə matçdan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov AEL-lə matçdan danışdı

Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL klubuna qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, sabahkı görüş barədə daha çox düşünmək lazımdır: "Futbolçular isə daha peşəkar davranmalıdırlar. Hər oyunçu ilə ayrılıqda danışıb, rəqib barədə məlumat vermişik. Ümid edirəm ki, onlar oyuna hazırdır".

Yeni transferlərdən də danışan Qurbanov Riçard Almeydanın daha hazır olduğunu söyləyib: "O, Qasparla müqayisədə daha yaxşı vəziyyətdədir. İkincinin hazır olmaq üçün daha bir həftə vaxtı var. Məşqçilər və həkimlərlə məsləhətləşirik. Hər şey yaxşı olsa, bir neçə dəqiqə oynayacaq".

Qeyd edək ki, AEL - "Qarabağ" görüşü avqustun 5-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Tarix
2021.08.04 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla