Yuxarı

Avropa çempionumuz qızıl medal qazandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa çempionumuz qızıl medal qazandı - Foto

Azərbaycan atleti Hayle İbrahimov Koreya Respublikasının Kvancu keçirilən tələbələrin 28-ci Yay Universiadasında qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, o, kişilərin 5000 metr məsafəyə qaçış yarışında 13:44.28 dəqiqə göstərici ilə birinci olub.

Kvancu şəhər stadionunda idmançılar yağışlı hava şəraitində mübarizə aparmalı olublar. Bu da onların potensialını tam nümayiş etdirməyə imkan verməyib. Atletimiz Hayle İbrahimov iyulun 10-da yarışın kvalifikasiya mərhələsində də 13:51.40 dəqiqə göstərici ilə birinci olmuşdu. Qeyd etmək lazımdır ki, bu, idmançımızın universiadalarda qazandığı ikinci qızıl medaldır. Hayle İbrahimov 2013-cü il Kazan universiadasında məhz iyulun 12-də 13:35.89 dəqiqə göstərici ilə qalib olmuşdu. Bu, həm də universiada rekordudur.

Beləliklə, Azərbaycan komandası tələbələrin 28-ci Yay Universiadasını 2 qızıl və 1 bürünc medalla bitirdi. Xatırladaq ki, digər atletimiz Hanna Skidan qadınlar arasında çəkicatma yarışlarında qalib olmuşdu. Cüdoçümüz Hüseyn Rəhimli (73 kq) isə bürünc medal qazanmışdı.

Xatırladaq ki, Hayle İbrahimov iyun ayında Bakıda keçirilən I Avropa Oyunlarında turnirin baş mükafatına sahib olmuşdu.

Tarix
2015.07.12 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla