Yuxarı

Kasilyas göz yaşlarını saxlaya bilmədi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kasilyas göz yaşlarını saxlaya bilmədi - Video

Madridin "Real" klubundan Portuqaliyanın "Porto" klubuna transfer olan İker Kasilyas bu gün doğma komandası ilə vidalaşıb.

Axar.az xəbər verir ki, dünyaca məşhur qapıçı keçirdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.

Kalisyas klubdakı kariyerası boyu ona dəstək olan hər kəsə təşəkkür edib.

Çıxışında həyatının ən çətin günlərindən birini yaşadığını deyən 34 yaşlı ispaniyalı ulduz bu sözləri deyib:

"25 il ərzində dünyanın ən böyük komandasının formasını ən yaxşı şəkildə daşımağa çalışdım. "Real Madrid" formasını ilk dəfə 9 yaşında geyinərək xəyallarımı reallaşdırdığınız gün dünən kimi yadımdadır. Bütün bu illər ərzində bənzərsiz anlar və uğurlar yaşadım. Sizi heç vaxt unutmayacağıq və harada oluramsa olum, "Real Madrid"i dəstəkləməyə davam edəcəyəm".

Xatırladaq ki, "Real Madrid"də 25 illik kariyerası ərzində 725 matça çıxan qapıçı 3 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 1 FIFA Klub Dünya Kuboku, 5 La Liqa, 2 İspaniya Kral Kuboku və 4 İspaniya Super Kubokunun çempionluq sevincini yaşayıb.

İspaniya Milli Komandasında isə 161 dəfə meydana çıxan Kasilyas 2008 və 2012-ci illərdə Avropa Çempionatında, 2010-cu ildə isə FIFA Dünya Kubokunda zəfər qazanıb.

Tarix
2015.07.12 / 19:52
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla