Yuxarı

Referimiz ermənilərin oyununa təyinatdan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Referimiz ermənilərin oyununa təyinatdan danışdı

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Ermənistanın "Alaşkert" komandasının Qazaxıstan "Kayrat"ı ilə oyununa təyinat alıb.

A.Xudiyev Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinat almasını Report-a şərh edib.

Onun sözlərinə görə, Qazaxıstan və Ermənistan təmsilçilərinin görüşündə ardıcıl ikinci il iş başında olacaq. "İlk dəfə keçən il "Astana" – "Pünik" oyununda idim. Yenidən təyinat almağımı təsadüfi sayıram. Amma mənim oyuna aidiyyətim yoxdur. Nəticə də məni maraqlandırmır. Çünki yalnız hakimlərin işinə qiymət verirəm. Oyunda kimin qələbə qazanıb, kimin uduzacağı ilə maraqlanmıram. İşim hakimləri qiymətləndirməkdir", - deyə FİFA referisi bildirib.

O, iyulun 16-da Almatıda keçiriləcək matça bir gün tez yollanacağını əlavə edib.

Qeyd edək ki, Asim Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymətləndirəcək. Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdir. "Kayrat" - "Alaşkert" matçı Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.

Tarix
2015.07.12 / 22:20
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla