Yuxarı

Nizami Hacıyev: “Meydanda canımı qoyacam”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nizami Hacıyev: “Meydanda canımı qoyacam”

"Atletik" (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde Bakı "İnter"i ilə oyun haqda danışıb.

Axar.az Qol.aza istinadla xəbər verir ki, 51 yaşlı mütəxəssis "İnter"lə oyuna ciddi yanaşdıqlarını bildirib: "Oyun çətin keçəcək. Rəqib meydanda sonadək mübarizə aparan futbolçulardan təşkil olunub. Onlarla görüşdə səhv edə bilmərik. "İnter"ə hörmətlə yanaşırıq və onları ciddi rəqib kimi qəbul edirik. İkinci matçımız səfərdə olacaq. Bu oyun üçün Azərbaycana uzun səfər edəcəyik. İstənilən halda arxayınlaşmamalıyıq".

"İnter"in futbolçusu Nizami Hacıyev isə geniş müsahibəsində deyib ki, rəqib çox güclüdür: "Ümumiyyətlə, Avropa Liqasında zəif rəqib yoxdur. Sadəcə, zəif hazırlıq var. Komanda zəif hazırlaşırsa, nəticə də qazana bilmir. Biz əlimizdən gələni edəcəyik. Bizim üçün fərqi yoxdur, istər "Atletik" olsun, istərsə də "Real". Bu, bizim komanda üçün bir təcrübə olacaq. Hər bir futbolçu özünə hörmət etməlidir. Şəxsən mən özümə hörmət edirəm. Hansı bir futbolçuya hörmət edirəmsə, özümə ondan daha çox hörmət edirəm. Bu səbəbdən çıxıb meydanda canımı qoyacam. Əlimdən gələn hər şeyi edəcəm ki, yaxşı nəticə əldə edək".

Qeyd edək ki, iyulun 30-da Bilbaoda keçiriləcək "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Tarix
2015.07.24 / 23:24
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla