Yuxarı

Prezident və rəqiblərimiz şanslardan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident və rəqiblərimiz şanslardan danışdı

AFFA-nın prezidenti Rövnəq Abdullayev DÇ-2018-in seçmə mərhələsində millimizin yer aldığı qrupu dəyərləndirib.

Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupa düşdüyünü deyib:

"San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olan Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm".

Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib ki, yaxşı komandaların olduğu maraqlı qrupa düşdük. Təcrübəli mütəxəssis rəqiblərdən Çexiya, Norveç və Şimali İrlandiyanın iddialı komandalar olduğunu vurğulayıb:

"Bu yığmalar yaxın keçmişdə yaxşı nəticələr əldə edib. Əlbəttə ki, son dünya çempionu kimi qrupu lider olaraq başa vurmaq istəyirik. Eyni zamanda qrupun favoritiyik".

"Çox maraqlı, eyni zamanda, həyəcanverici qrupa düşdük. Təbii ki, Almaniya qrupun favoritidir. Onları məğlub etmək çətin olacaq".

Bu sözləri isə Norveç yığmasının baş məşqçisi Per Matias Hoqmo deyib. O, Azərbaycan və Çexiyanın tanış rəqiblər olduğunu bildirib:

"Çexiya və Azərbaycan tanış rəqiblərdir. Çexiya ilə daha öncə qarşılaşmışıq və həmin oyunda 2:2 qeydə alınıb. Azərbaycanla isə Avro-2016-nın seçmə mərhələsində iki dəfə üz-üzə gəlmişik. Şimali İrlandiya və San Marino da yaxşı komandalardır. Ancaq bizim məqsədimiz qrupda ikinci olmaq və pley-off mərhələsində iştirak etməkdir".

Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın olduğu C qrupunda yer alıb. Yığmamız Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.

Tarix
2015.07.26 / 14:06
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla