Yuxarı

“Milan”-“İnter” derbisinin qalibi bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Milan”-“İnter” derbisinin qalibi bəlli oldu

Fevralın 5-də futbol üzrə İtaliya çempionatının 24-cü turunun mərkəzi qarşılaşması keçirilir.

Axar.az xəbər verir ki, “Cuzzepe Meazza” stadionunda baş tutan görüşdə iki əzəli rəqib - “İnter” və “Milan” komandaları qarşılaşıb. Gərgin keçən derbidə "Milan" klubu əzmkar qələbə qazanıb - 1:2.

Oyunu daha fəal başlayan "İnter" klubu hesabı matçın 38-ci dəqiqəsində açıb. Hakan Çalxanoğlunun künc ötürməsindən sonra İvan Perişiç qapıya birbaşa zərbə endirib - 1:0.

Qoldan sonra irəli atılan meydan rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, komandalar fasiləyə minimal hesabla yollanıb.

Qarşılaşmanın ikinci hissəsində "Milan" klubu daha istəkli görsənirdi. Matçın 78-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirib. Təcrübəli hücumçu iki dəqiqə sonra komandasının qələbə topunu vurmağa da nail olub - 1:2. Beləliklə, "Milan" derbidə geri dönüş edərək qələbə qazanıb. Bu qələbə sayəsində "rossoneri"lər xal ehtiyatını 52-ə çatdıraraq ikinci pilləyə yüksəlib. "İnter" isə 53 xalla liderdir.

Qeyd edək ki, Milan derbisi 179-cu dəfə baş tutub. Bu matçların 69-da “İnter”, 54-də isə “Milan” qalib gəlib. Bundan başqa, 56 görüş heç-heçə nəticələnib. “Della Madonnina” adlanan Milan derbilərinin sonuncusu İtaliya A Seriyasının 10-cu turuna təsadüf etmişdi. Həmin oyunda qalib müəyyənləşməyib – 1:1.

Tarix
2022.02.06 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

ABŞ beynəlxalq hüququ məhv etdi: Hamı başlayacaq...

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla