Yuxarı

Çingiz Abdullayev istefa xəbərinə aydınlıq gətirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çingiz Abdullayev istefa xəbərinə aydınlıq gətirdi

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilmiş "Neftçi" - "Sumqayıt" matçında qazanılmış qələbə münasibətilə komanda üzvlərini təbrik edib.

Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, şura sədri həmçinin 9 futbolçunun milli komandalarımıza dəvət olunmasına da münasibət bildirib:

"Hazırda işgüzar səfərlə əlaqədar Azərbaycanda olmasam da, komandanın çıxışını izləyirəm və klubdaxili vəziyyət barədə şura üzvlərindən mütəmadi məlumat alıram. "Sumqayıt" klubu ilə oyunda qazanılmış qələbə münasibətilə futbolçuları təbrik edirəm. Düzdür, çempionata istədiyimiz kimi başlamamışdıq, amma bu qələbənin uğurun başlanğıcı olduğunu düşünürəm. İnanıram ki, çempionatdakı fasilədən sonra komandanın göstərdiyi nəticələr yüksələn xətlə davam edəcək. Təbii ki, əsas heyətimizdən 9 futbolçusunun yığma komandamıza çağırıldığını da qeyd etməliyəm. İstərdik ki, onlar milli komandadakı uğurlu çıxışı ilə bizi sevindirsinlər və orada möhkəmlənsinlər".

Bununla yanaşı, Çingiz Abdullayev onun Müşahidə Şurasından istefa vərəcəyi ilə bağlı bəzi KİV-də yayılmış xəbərlərə münasibət bildirib: "Bu, söz-söhbətdən başqa bir şey deyil. Belə şayiələrə fikir verməyin heç bir əhəmiyyəti yoxdur. Əgər bundan nigaran olanlar varsa, bilsinlər ki, mən öz vəzifəmin başındayam və bütün proseslərə tam nəzarət edirəm. Hesab edirəm ki, biz düz yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğurlara imza atacaq. İşgüzar səfərim başa çatdıqdan sonra sentyabr ayının əvəllərində Müşahidə Şurasının növbəti iclasını keçirəcəyik".

Tarix
2015.08.25 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla