Yuxarı

Abramoviç Poqbaya 154 milyon verəcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus"un fransalı ulduzu Paul Poqba "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyonun ağlından çıxmır ki, çıxmır.

Axar.az xəbər verir ki, 22 yaşlı futbolçunu Londona gətirmək istədiyini bir neçə dəfə deyən Joze "Qoca senyora"ya rekord məbləğdə pul təklif edə bilər. İngiltərənin nüfuzlu "Deyli Ekspres" (Daily Express) qəzeti rusiyalı milyarder Roman Abromoviçin klubunun Poqba üçün fantastik məbləğ - 154 milyon sterlinq təklif etməyə hazırlaşdığını iddia edib.

Qəzetin xəbərinə görə, Poqba paytaxt klubundan 5 illik müqavilə üçün 82,5 milyon sterlinq tələb edib. Ayrıca, qaradərili ulduzun İngiltərəyə gətirilməsi üçün Abromoviçin klubu "Yuventus"a 72 milyon sterlinq ödəməlidir. Lakin Poqbaya "Barselona"nın önümüzdəki yaz üçün təklif etdiyi ildə 16,5 milyon sterlinq və ya həftədə 318 min sterlinqlik təklifi daha cəzbedici gəlir. Məlumata görə, transfer pəncərəsinin bağlanmağına bir neçə gün qalmış futbolçunun gələcək klubu müəyyən olunacaq.

Tarix
2015.08.29 / 22:41
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla