Yuxarı

Heydər Əliyevin xatirəsinə həsr olunan yarış başlayır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevin xatirəsinə həsr olunan yarış başlayır

Oktyabr ayının 1-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş kişilər arasında peşəkar kikboksinq turniri keçiriləcək.

Turnirlə bağlı Axar.az-a məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu kimi tədbirlərin keçirilməsinin cəmiyyətdə vətənpərvərlik ruhunu və bölgələrdə gənclər arasında idmana olan marağı artırmağa hesablandığını qeyd edib.

"Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq. Yarışa peşəkar idmançılar qatılacaq. Hesab edirəm ki, bu kimi tədbirlər kikboksinqin bölgələrdə inkişafına səbəb olacaq və ümumiyyətlə, gənclər arasında idmana marağın artmasına təkan verəcək. Bu yarışda həmçinin, AKF-nin təqdim planına əsasən 2015-2016-ci illərdə beynəlxalq yarışlarda iştirak edəcək peşəkarlararası yığma komandanın tərkibi müəyyən ediləcək".

Qeyd edək ki, xatirə turniri saat 12:00-da Ağdam Olimpiya Kompleksində baş tutacaq.

Tarix
2015.09.29 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla