Yuxarı

Qara Qarayev milliyə niyə çağırılmadı? - Özü açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qara Qarayev milliyə niyə çağırılmadı? - Özü açıqladı

Azərbaycan millisinin futbolçusu Qara Qarayev baş məşqçi Canni De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb.

Axar.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin məşq vaxtı italiyalı mütəxəssisin ona dediyi sözlərdən qaynaqlandığını bildirib.

"Qarabağ"da çıxış edən təcrübəli oyunçunun sözlərinə görə, 66 yaşlı baş məşqçi ona boyunun balaca olduğunu və həmin mövqedə ucaboy futbolçu oynatmaq istədiyini söyləyib:

"Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinə yaxın yerdə oldu. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək".

Qeyd edək ki, Canni De Byazi Qara Qarayevi Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla oyunlara dəvət etməyib.

Tarix
2022.09.26 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla