Yuxarı

“Qəbələ”dən Mxitaryan açıqlaması

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qəbələ”dən Mxitaryan açıqlaması

Təhlükəsizlik məsələsini qabartmaq yersizdir. Bu məsələni siyasiləşdirmək də olmaz. Onu deyə bilərəm ki, bizim üçün fərqi yoxdur, istər Bakıya Mxitaryan gəlsin, istərsə də Roys.

Axar.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun meneceri Səməd Nəsibov deyib.

Klub rəsmisi "Qol.az"a açıqlamasında Dortmund "Borusiya"sının erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməyəcəyinə şərh verib:

"Hər bir oyunumuzda klubun təhlükəsizlik xidmətindən əlavə Daxili Qoşunların əsgərləri və polis əməkdaşları da olur.

Bundan əvvəl də gərginlik gözlənilən oyunlarımız olub. Ancaq heç birində xoşagəlməz hallar baş verməyib. Hansısa futbolçuya təhlükə yaranmasından söhbət gedə bilməz".

S.Nəsibov bununla belə, hesab edir ki, erməni oyunçunun gəlməməsi yaxşı oldu: "Müəyyən ajiotaj yarana bilərdi. Bu baxımdan onun gəlməməyi yaxşı oldu. Ancaq təhlükəsizlik baxımından gəlməyində heç bir problem yoxdur".

Xatırladaq ki, alman klubun icraçı direktoru Xans-Yoaxim Vatske Mxitaryanı sırf onun təhlükəsizliyinə görə Azərbaycana aparmayacaqlarını söyləyib.

Tarix
2015.10.19 / 20:11
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla