Sabah hava necə oalcaq?
13:04
| Ana səhifə İdman |
|
Yunanıstanda futbol matçında yaşanan tragikomik anların videosu yayılıb.
Axar.az xəbər verir ki, görüntülərdə rəqibini yıxan futbolçu sonra onun arxasınca gələrək vəziyyəti ilə maraqlanır.
Onun köynəyindən tutub qaldırır, sağ olduğunu görüncə laqeyd şəkildə elə ağzı üstə yerə buraxır. Ardınca zədələnmiş idmançını meydandan kənara aparmaq üçün xərək gətirilir. Bu zaman xərəkdə futbolçunu daşıyanlar mübahisə edirlər.
Daha sonra meydandan çıxana qədər bir neçə dəfə xərəklə yıxılırlar. Nəhayət onu etinasız formada gətirərək xərək qarışıq yerə tullayır, sanki ağır bir yükdən xilas olurlar. Bir dəqiqəlik video kadrda yaşanan o məqamları təqdim edirik:
|
Tarix
2015.10.23 / 23:20
|
Müəllif
Emil Salamoğlu
|