Yuxarı

Mbappe rekorda imza atdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mbappe rekorda imza atdı

Fransız hücumçu Kilian Mbappe rekorda imza atıb. O, buna Qətərdə keçirilən mundialın pley-off mərhələsi çərçivəsində oynanılan Fransa – Polşa (3:1) matçında nail olub.

Axar.az xəbər verir ki, hücumçu 24 yaşadək futbolçular arasında mundiallarda 9 qol vuran ilk oyunçudur. Qətərdə təşkil olunan dünya çempionatında K.Mbappenin aktivində 5 qol var. O, 2018-ci ildə Rusiyanın ev sahibliyi etdiyi dünya çempionatında 4 qolun müəllifi olub.

Fransa komandası dörddəbir final mərhələsində İngiltərə - Seneqal matçının qalibi ilə qarşılaşacaq. İngiltərə - Seneqal oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

Tarix
2022.12.04 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla