Yuxarı

Bakının xələfinin adı açıqlandı - Oyunlar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının xələfinin adı açıqlandı - Oyunlar

2019-cu il II Avropa Oyunları dopinq problemini həll edəcəyi təqdirdə Rusiyada keçiriləcək.

Bu barədə Report-a Avropa Olimpiya Komitələrinin (EOC) Baş Assambleyasında iştirak edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, hələlik yekun qərar qəbul olunmayıb. Bunun üçün Rusiyaya müəyyən vaxt veriləcək. Amma vəziyyət heç də sadə deyil. Noyabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin Müstəqil Komissiyası ölkəni antidopinq qaydalarının çoxsaylı pozulması hallarında ittiham edib.

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (İAAF) Rusiya atletlərini yarışlardan, o cümlədən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırması tövsiyə olunub. İAAF isə Ümumrusiya Atletika Federasiyasının üzvlüyünü dayandırıb. EOC-un prezidenti Patrik Hikki isə bildirib ki, müstəqil təşkilatlar ölkənin antidopinq proqramına dəstək verməyə qadir olduğunu təsdiqləsələr, II Avropa Oyunlarının təşkilində üstünlük Rusiyaya veriləcək.

Qeyd edək ki, ilk Avropa Oyunları bu ilin 12-28 iyununda Bakıda keçirilib.

Tarix
2015.11.20 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla