Yuxarı

İstanbul finalı: "Mançester Siti" ÇL-nin qalibi oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbul finalı: "Mançester Siti" ÇL-nin qalibi oldu

2023.06.10 - 11:19

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək.

Axar.az xəbər verir ki, İstanbulda oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ bu turnirdə qalib olmayıb. “İnter” isə ÇL-də oynadığı altı finalın 3-dən qələbə ilə ayrılıb.

Xatırladaq ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.

UEFA Çempionlar Liqası

Final

10 iyun

23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İstanbul, Atatürk Olimpiya Stadionu

***

"Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək Çempionlar Liqasının final oyunu üçün start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Mançester Siti": 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci.

"İnter": 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Ceko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni.

***

İstanbulda Çempionlar Liqasının finalı: "Mançester Siti" - "İnter" matçı başladı.

***

Rodri 69-cu dəqiqədə "Mançester Siti"ni hesabda önə çıxardı: 1-0.

***

"Mançester Siti" "İnter"i 1-0 məğlub etməklə Çempionlar Liqasının qalibi oldu.

Tarix
2023.06.11 / 00:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla