Yuxarı

"Qarabağ" Norveçdə son dəqiqələrdə sevindi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023.11.30 - 23:18

UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Molde" (Molde) və "Qarabağ"ın start heyətləri bəlli olub.

Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. maqnus Volf Eykrem, 9. Volon Berişa

Baş məşqçi: Erlinq Moe

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 6 xala malik komanda 2-3-cü yerləri bölüşdürürlər.

***

"Molde" - "Qarabağ" matçı start götürdü.

***

Juninyo görüşün 12-ci dəqiqəsində "Qarabağ"ı hesabda önə keçirdi: 0-1.

***

Eriksen 82-ci dəqiqədə "Molde"nin bərabərlik qoluna imza atı: 1-1.

***

Eriksen özünün və komandasının 88-ci dəqiqədə ikinci qolunu vurdu: 2-1.

***

Matçın 95-ci dəqiqəsində Bəhlul Mustafazadə "Qarabağ"ın bərabərlik topuna imza atdı: 2-2.

***

"Qarabağ" Norveç səfərində "Molde" ilə 2-2 hesablı bərabərliyə imza atdı. Bu nəticədən sonra hər iki komandanın turnir cədvəlindı xalı 7 oldu. Şəxsi görüşlərə əsasən, "Qarabağ" ikinci pillədəki yerini qorumağı bacardı. "Molde" 3-cü sırada yer alır.

Tarix
2023.12.01 / 01:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən tarixi günlə bağlı paylaşım - Video

Ölkədə Neftçilər Günü qeyd olunur

Bu gün Azərbaycanda bu şəhərlərin günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

İlham Əliyev Şuşada...

Zaxarova İrəvanın ittihamına gülərək cavab verdi

Konqresdə Azərbaycana hörmətsizlik - XİN-dən cavab

Prezident Xankəndidə məktəbin açılışında

Prezident Xocalı-Xankəndi yolundakı işlərlə tanış oldu

Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla