Yuxarı

Messi 2023-cü ilin idmançısı seçildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messi 2023-cü ilin idmançısı seçildi

“İnter Mayami” və futbol üzrə Argentina yığmasının hücumçusu Lionel Messi “Taym” jurnalının versiyasına əsasən, ilin idmançısı seçilib.

Axar.az xəbər verir ki, bu barədə məlumat jurnalın saytında yerləşdirilib.

2022-ci ilin sonunda hücumçu milli komandasına Qətərdə Dünya Kubokunu qazanmağa kömək edib və turnirin ən yaxşı oyunçusu seçilib. Bu yay Şimali Amerikanın Əsas Futbol Liqasında (MLS) "İnter Mayami" klubu ilə müqavilə bağlayıb və klubda Liqalar Kubokunu qazanıb. Bundan əlavə, 2023-cü ildə argentinalı hücumçu PSJ klubunda Fransa çempionu olub.

Messi daha əvvəl "FourFourTwo"nun versiyasına görə, XXI əsrin ən yaxşı futbolçusu seçilib. İkinci yerdə "əl-Nəsra" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.

Oktyabrın 30-da Messi futbol karyerasında səkkizinci dəfə "Qızıl top"un sahibi olub. O, daha əvvəl bu mükafatı 2009, 2011, 2012, 2013, 2016, 2019 və 2021-ci illərdə əldə edib.

Tarix
2023.12.06 / 01:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla