Yuxarı

Ərdoğandan hakimin döyülməsinə reaksiya - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan hakimin döyülməsinə reaksiya - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə liderinin bəyanatında yer alıb.

“Ankaragücü”-“Rizespor” matçından sonra baş hakim Xəlil Ümid Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Qoca ölkə çempionatında “Rizəspor”la oyundan sonra meydana qaçaraq hakim Ümid Melerin sifətinə zərbələr endirib.

Daha sonra Ankara Prokurorluğu “Ankaragücü”nün prezidenti Faruk Qocanın həbsinə order verib. Hadisə Türkiyə Futbol Federasiyasının da araşdırmasına səbəb olub. Türkiyənin aparıcı klubları “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” və digərləri baş verən vəziyyəti pisləyib.

Tarix
2023.12.12 / 09:26
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla