Yuxarı

“Qalatasaray” avrokuboklardan uzaqlaşdırılır?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Qalatasaray"a ciddi cəza tədbiq edə bilər.

Qol.Az-ın yaydığı xəbərə görə, "Qalatasaray"ın prezidenti Dursuz Özbek deyib ki, klubun sabiq rəhbərliyinin səhvi ucbatından UEFA-nın maliyyə kriteriyaları ilə bağlı bəndlər pozulub.

Onun sözlərinə görə, UEFA 2016/17 mövsümündən etibarən "Qalatasaray"ı 1+1 il müddətinə avrokuboklardan uzaqlaşdıra bilər. Klub prezidenti bildirib ki, artıq bununla əlaqədar UEFA-nın üst qurumlarına müvafiq qərar çıxarmaq tövsiyə olunub.

Qeyd edək ki, UEFA-nın "Qalatasaray"a qarşı sərt qərar vermək istəməsinə səbəb klubun zərərinin artmasıdır. Avropa ali futbol qurumunun tələbinə görə, bir klubun üç il ərzində zərəri 30 milyon avronu keçməməlidir.

Dursuz Özbek bildirib ki, klubun keçmiş rəhbərliyinin səhvi ucbatından yaranan 75 milyon avroluq zərəri 55 milyona endiriblər: "Hazırda davam edən layihələrimiz bitəndən sonra rəqəm 26 milyon avroya enəcək. Bu səbəbdən hələ ötən il UEFA-ya müraciət edərək cəza almağımızla bağlı vaxtın uzadılmasını istədik. Həmin vaxt isə 2015/16 mövsümünün sonunda başa çatır. UEFA tələb edir ki, mövsümün sonuna kimi zərərimiz 10 milyon avronu keçməməlidir. Ona görə də bizim klubun bütün üzvləri birləşərək "Qalatasaray"ı bu vəziyyətdən çıxarmalıyıq ki, sanksiya tədbiq olunmasın. Biz UEFA-ya zərərin 7.5 milyon avroya enəcəyini bildirmişik. May ayının sonunadək vaxtımız var. Auksion keçirməyi planlaşdırırıq ki, klubumuzu düşdüyü bu çətin vəziyyətdən çıxara bilək".

Tarix
2016.02.11 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla