Ana səhifə İdman |
2024.02.22 - 20:56
Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda bu gün üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.
Axar.az xəbər verir ki, komandalar meydançaya aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.
***
"Qarabağ" - "Braqa" matçı yerli vaxtla 21:45 start götürüb.
***
"Qarabağ" matçın 56-cı dəqiqəsində Elvin Cəfərquliyevin qırmızı vərəqə alması ilə azlıqda qaldı.
***
"Braqa" görüşün 70-ci dəqiqəsində Roje Fernandeşin qolu ilə hesabı açdı: 0-1.
***
"Braqa" görüşün 83-cü dəqiqəsində Djalonun qolu ilə fərqi artırdı: 0-2.
***
"Qarabağ" - "Braqa" matçının əsas vaxtı 0-2 bitdiyi üçün matçda qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılır.
***
"Qarabağ" 103-cü dəqiqədə Mateus Silvanın qolu ilə fərqi azaltdı: 1-2.
***
Banza 116-cı dəqiqədə penalti qolu ilə fərqi artırdı: 1-3.
***
Nəriman matçın 122-ci dəqiqəsində "Qarabağ"ın ikinci qolunu vurdu: 2-3.
***
"Qarabağ" - "Braqa" ilə matçda ümumi hesabda 6-5 qalib gələrək tarixində ilk dəfə növbəti mərhələyə - 1/8 finala yüksəldi.
Tarix
2024.02.23 / 00:18
|
Müəllif
Axar.az
|