Yuxarı

Bu komanda düşsəydi, daha asan olardı - Lunyov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu komanda düşsəydi, daha asan olardı - Lunyov

Qələbə qazanmağa və yolumuza davam etməyə çalışacağıq.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov "Matç TV"yə müsahibəsində Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" klubuna rəqib olmaları barədə danışarkən deyib.

Rusiyalı qolkiper Leverkuzen təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib:

"Daha əvvəl qrupda üz-üzə gəlməyimiz bir tərəfdən müsbət məqamdır. Bu kollektivlə tanışıq. Rəqib məğlubiyyətsiz oyunlar seriyasına malikdir və onlarda əlavə stimul var. Bu, "Bayer 04"dür. Onlara qarşı yaxşı mübarizə aparmaq lazımdır".

A.Lunyov 1/8 finalda mümkün rəqiblərdən ən çətini ilə üz-üzə gələcəklərini söyləyib:

"Onlar turnirin favoritlərindən biridirlər. "Slaviya" (Çexiya) düşsəydi, daha asan olardı. Amma məncə, indiki mərhələdə zəif rəqib yoxdur".

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.

Xatırladaq ki, Lunyov 2021-2023-cü illərdə Leverkuzen təmsilçisinin formasını geyinib.

Tarix
2024.02.23 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla