Yuxarı

"Zirə" məğlubiyyətdən xilas oldu, "Sabah" qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Zirə" məğlubiyyətdən xilas oldu, "Sabah" qalib gəldi

18:18

Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu baş tutub.

Axar.az xəbər verir ki, "Zirə" öz meydanında “Turan Tovuz”la heç-heçə edib. Matç 1-1 hesabı ilə başa çatıb. 43-cü dəqiqədə rəqibini qapıçı ilə təkbətək qalmaq hüququndan kobudluqla məhrum edən zirəli İssa Cibrila birbaşa qırmızı vərəqə alıb. Qollar görüşün 11 və 62-ci dəqiqəsində vurulub.

Bu nəticədən sonra “Zirə” xallarının sayını 36-ya, “Turan Tovuz” isə 32-yə çatdırıb.

Qeyd edək ki, ötən gün “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1) məğlub edib. Bu gün “Sabah”la “Araz-Naxçıvan” üz-üzə gələcək. Tura martın 3-də keçiriləcək “Qəbələ” – “Səbail” və “Neftçi” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.

***

Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.

Günün ikinci qarşılaşmasında “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. “Bank Respublika Arena”da oynanılan matç paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 34-ə yüksəldən "bayquşlar" beşinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi isə 31 xalla səkkizinci sırada qalıb.

Tarix
2024.03.02 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla