Yuxarı

Lunyovun menecerindən “Qarabağ”a etiraz

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lunyovun menecerindən “Qarabağ”a etiraz

“Qarabağ” bu cür davranışını davam etdirsə, mətbuat vasitəsilə təzyiq göstərsə, onun karyerasını başqa klubda davam etdirmək variantlarını ciddi şəkildə nəzərdən keçirəcəyik.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov deyib.

Agent Azərbaycan klubunu yeni müqavilə ilə bağlı aparılan danışıqları mətbuata sızdırmaqda günahlandırıb:

“Klubla aparılan danışıq məxfidir. Klubdan birinin niyə bu məlumatı yaydığını başa düşmək istərdim. Çünki bu cür davranış Andreyin qalmasına kömək etməyəcək. Lunyov “Qarabağ”a gələndə maaşı ciddi şəkildə aşağı qiymətləndirilib. 2023-cü ilin qışında isə “Qarabağ” ona avqustda razılaşdığı maaşdan 2,5 dəfə çox məvacib təklif etmişdi. Müqavilə imzalayarkən “Qarabağ”la müzakirə etdik ki, Andrey aşağı şərtlərə anlaşacaq. Razılığımız belə olmuşdu ki, Andreyin səhhətində problem olmasa, yüksək səviyyədə oynasa, klubun uğurlarına kömək etsə, təqvim ilinin sonuna kimi əməkhaqqısı artırılacaq. Ancaq maaş artırılmayıb”.

A.Smirnov müştərisinin Ağdam təmsilçisində qazandığından daha yüksək məvacibə layiq olduğunu düşünür:

“Yanvar-fevral aylarında “Qarabağ” müqavilənin uzunmüddətli uzadılması ilə bağlı təkmilləşdirilmiş təklif irəli sürdü. Bu şərtlər bizə uyğun gəlmədi. Çünki Andrey dəyərini sübut etdi, müvafiq səviyyədə də maaş almağa layiqdir. Üstəlik, müxtəlif agentlərdən aldığım təkliflərdən görürəm ki, digər klublar onun səviyyəsini “Qarabağ”dan yüksək qiymətləndirirlər. Andreyə tələbat var, layiqli gəlir əldə etmək hüququna malikdir. “Qarabağ”a şərtlərimiz tamamilə məqbuldur. Sadəcə, klubdakıların belə davranışı bizim üçün anlaşılmazdır. Klub təklifimizə cavab vermək əvəzinə məxfi məlumatları mətbuata yayıb rəqəmləri açıqlayır. Bunu mənfi imic yaratmaq üçün təzyiq kimi qiymətləndiririk. Lunyova daim maraq olsa da, digər klublarla danışıqlar aparmır. Bütün diqqətini futbola və “Qarabağ”a yönəldib, rəhbərlikdən nəsə tələb etmir, ultimatum vermir”.

O, 32 yaşlı qolkiperin müqavilə müddətinin 1 illik uzadılması bəndinin aktivləşdirilməsi variantını da istisna etməyib:

“Klub danışıqlar prosesində bu variant haqqında bir neçə dəfə danışıb, lakin mübahisəli və birmənalı olmayan bir sıra hüquqi incəliklər var. Təfərrüatları açıqlamaq istəmirəm, lakin deyim ki, bu seçim mövcuddur. Yalnız müəyyən hallarda həmin bənd aktivləşdirilir. İstənilən halda futbolçunun buna razılığı lazımdır”.

Qeyd edək ki, “Qarabağ”a 2023-cü ilin yayında Almaniyanın “Bayer 04” klubundan keçən Andrey Lunyovun müqavilə müddəti mövsümün sonuna qədərdir.

Tarix
2024.04.05 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla