Yuxarı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finala vəsiqə qazanmaq xoş hissdir. Azərbaycan Kuboku əlavə stimuldur. Futbolçulardan isə razı qaldım.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun cavab oyunu çərçivəsində "Neftçi"ni 4:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanmaları barədə danışarkən deyib.

Mütəxəssis futbolçulara gələn təkliflər barədə danışıb:

"Hazırda bir sıra futbolçuların komanda ilə müqaviləsi var. Bunlardan biri də Olavio Juninyodur. Onun klubda qalmağını çox istəyirəm. Bu barədə mövsümün sonunda danışmaq olar".

O, Musa Qurbanlının "Qarabağ"a qayıtmaq mövzusunun gündəmdə olmadığını söyləyib: "Hazırda bütün diqqətimizi komandaya yönəltmişik. Transfer dövrü gəldiyi zaman bunun haqqında danışa bilərik".

AFFA İcraiyyə Komitəsinin üzvü olan Q.Qurbanov Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müsbət nəticə verəcəyini söyləyib: "Düzdür, klub sayının çox olması yaxşıdır, lakin keyfiyyət də önəmlidir. İcraiyyə Komitəsində bu məsələnin müzakirə olunması barədə məlumat yoxdur. Ancaq dediyim kimi, komanda sayı artsa, bölgə futboluna da müsbət təsir göstərə bilər".

Türkiyənin "Beşiktaş" komandası ilə adı hallanan çalışdırıcı bu söhbətin normal hal olduğunu deyib: "Mən "Qarabağ"a bağlı biriyəm. Bu cür fikirlərdən uzaq olmaq istəyirəm. Rəsmi xəbərlər daha doğru olar".

53 yaşlı məşqçi finalda vaxtı ilə futbolçusu olduğu Rəşad Sadıqovla üz-üzə gəlməklərinin maraqlı olacağını söyləyib: "Bunu iki dostun qarşıdurması olaraq adlandırardım. Rəşad çox yaxşı və istedadlı məşqçidir".

Tarix
2024.04.24 / 23:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla