Yuxarı

Stefan Kuntz millimizin baş məşqçisi olacaq? - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA Azərbaycan millisinin baş məşqçisi vəzifəsi üçün Türkiyə millisinin sabiq çalışdırıcısı Stefan Kuntzla danışıqlar apardıqları barədə yayılan xəbərlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədi Qol.az saytına açıqlamasında ad çəkməsə də, AFFA-nın hazırda bir neçə mütəxəssislə danışıqları davam etdirdiyini söyləyib:

"Milli komandanın baş məşqçi vəzifəsinə bir neçə namizəd var və onlarla danışıqlar davam etdirilir. Sadəcə məsələ məxfi olduğu üçün ad çəkə bilmərik. Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda Azərbaycan milli komandasının baş məşqçi postuna təyinatla bağlı müzakirələr aparılacaq".

Qeyd edək ki, bu gün "Skay Sports" (Almaniya) AFFA-nın Stefan Kuntzla danışıq apardığı barədə məlumat yayıb. Bildirilib ki, almaniyalı mütəxəssis Kanada yığmasını da çalışdıra bilər. 62 yaşlı məşqçiyə hər iki ölkədən konkret təklif gəldiyi bildirilir. Onun xidmətində "Bavariya" da maraqlıdır.

Əlavə edək ki, ötən ilin sentyabrında Türkiyə millisindən istefaya göndərilən Kuntz Almaniyanın U-21 və Olimpiya yığmalarını da çalışdırıb. O, 2017-ci ildə Almaniya U-21 millisinə Avropa çempionu adını qazandırıb.

Tarix
2024.05.08 / 01:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

Ermənistan səhv addım atmamalıdır – İlham Əliyev

Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!

İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev

İranın bu məsələyə dair dəstəyini alqışlayırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla