Yuxarı

Çempionlar Liqası: təmsilçimizin potensial rəqibləri...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda V qrupda yer alacaq.

Azərbaycan Futzal Federasiyasından Axar.az-a verilən məlumata görə, rəqiblər “Etoile Lavalloise” (Fransa) və “Stalitsa Minsk” (Belarus) ilə yanaşı, ilkin mərhələnin B qrupunun qalibi (“Minerva” (İsveçrə), “Amiqo Northvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) komandaları olacaq.

Bu mərhələnin oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilkin mərhələdə Uddevalla (İsveç), Sillamae Silla (Estoniya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə birlikdə H qrupunda mübarizə aparacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə təşkil olunacaq.

Tarix
2024.07.04 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

Azərbaycanlı prezident İranı necə xilas edəcək?

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla