Yuxarı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda seçkinin nəticəsi bəlli olduqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi yerində idi. Azərbaycanlının İranın dövlət başçısı seçilməsi iki ölkə arasındakı münasibətlərə yeni nəfəs verə bilər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin İranın yeni seçilən Prezidenti, azərbaycanlı Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi haqda qeyd edib.

“Eyni millətin rəhbərləri yaxın olmağa çalışmalıdırlar. Bu fürsətdən yararlanmaq Pezeşkianın əlindədir. Əlbəttə, ali dini lider və onun ətrafı, o cümlədən SEPAH yeni prezidentin daxili və xarici siyasətdəki təşəbbüslərinin qarşısını almağa çalışacaqlar. Əngəllərə baxmayaraq, Pezeşkianın birinci xarici səfərini Azərbaycana və ya Türkiyəyə etməsi bölgədə canlanma yaradacaq. Bu, İran üçün də faydalıdır. Məzhəbçilik üzərindən başqa dövlətlərin daxili işlərinə qarışmaq, maraq qrupları formalaşdırmaq, onları maliyyələşdirmək və silahlandırmaq İranın gələcəyinə və qonşularıyla münasibətlərinə yaxşı heç nə vəd etmir”, - politoloq vurğulayıb.

Tarix
2024.07.07 / 00:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin COP29-la bağlı cəfəng iddiası... - Rəsmi Bakı

Əsədov Minskdə yaşayış massivində oldu

ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla