Yuxarı

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Azərbaycandakı səfirliyi ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, səfirliyin yerləşdiyi binada ofisi olan bütün şirkətlərə işçilərin bir müddət məsafədən işləməsi tövsiyə edilib.

Hazırda binanın ətrafında təhlükəsizlik çəmbəri yaradılıb. Ofislərə göndərilən mesajlarda Yaxın Şərqdə müşahidə olunan gərginlik fonunda bu addımların atıldığı bildirilib. Mesajda sözügedən tədbirlərin məhz İsrail səfirliyinin təhlükəsizliyinin qorunması ilə bağlı olduğu qeyd edilməsə də, əsas məqsədin bu olduğu bəllidir.

Xatırladaq ki, ötən il İsrailin Bakıdakı səfirliyinə İran əsilli şəxsin hücumunun qarşısı alınıb. Son 15 ildə İsrailin Bakıdakı səfirliyində İrana bağlı qüvvələr dəfələrlə terror həyata keçirmək istəyiblər. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları hər dəfə bu cəhdləri önləyib.

Tarix
2024.10.04 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Xalqımız əzab-əziyyət içində yaşayanlara göstərdi ki...

Bu məqalənin müəllifi Əli Kərimli deyilmiş - Foto

QHT-lər Adam Şiffə açıq məktub yazdı

Prezident Ermənistana xəbərdarlıq etdi

Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...

Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! - Əliyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla