Yuxarı

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibanın terror təşkilatları siyahısından çıxarılması ilə bağlı fundamental qərar ən yüksək səviyyədə qəbul edilib, lakin hələ də lazımi hüquqi prosedurlara əməl edilməlidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

“XİN FTX və Rusiyanın bir sıra digər idarələri ilə birlikdə Talibanın Rusiyada terrorçular siyahısından çıxarılması prosesi ilə bağlı hüquqi işləri başa çatdırır. Bu, istək məsələsi deyil, bu məsələ ilə bağlı əsas qərar Rusiyanın ali rəhbərliyi tərəfindən verilib. Amma bütün proseslər Rusiya qanunları çərçivəsində aparılmalıdır”, - o bildirib.

Kabulov qeyd edib ki, Rusiya hakimiyyəti federal qanunlara əməl etməyə borcludur:

“Ümid edirəm ki, yekun qərar çox tezliklə açıqlanacaq. Bu, prosesin qanunvericiliklə müəyyən edilmiş qaydada başa çatdırılmasını təmin etmək üçün vəkillərdən, parlamentdən və digər idarələrdən ciddi iş tələb edir. Yeganə məsələ budur”.

Tarix
2024.10.04 / 15:57
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Xalqımız əzab-əziyyət içində yaşayanlara göstərdi ki...

Bu məqalənin müəllifi Əli Kərimli deyilmiş - Foto

QHT-lər Adam Şiffə açıq məktub yazdı

Prezident Ermənistana xəbərdarlıq etdi

Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...

Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! - Əliyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla