Yuxarı

Qonşusunun yetim uşağını döyə-döyə diləndirib - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, ürəksızladan cinayət hadisəsi Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ.Ələsgərov tərəfindən zorla diləndirilib.

İ.Ələsgərov uşağı diləndirmək üçün onu hər gün döyüb və əllərinə siqaretlə dağ basıb. Bu yolla o, uşaqdan hər gün dilənməklə 30-120 manat arası məbləğ tələb edib. Azyaşlı hədə-qorxu altında bu tapşırığı yerinə yetirmək üçün Zabratda qapı-qapı dilənməyə məcbur olub. Bəxtsiz uşağın bu faciəli həyatı 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək davam edib.

Məlumata əsasən, azyaşlının atası bir neçə il əvvəl onları atıb. Anası isə illər əvvəl dünyasını dəyişib. Uşaq yalnız nənəsinin himayəsində yaşasa da, yaşlı qadın ona baxa bilməyib. Azyaşlı zərərçəkəni dilənməyə məcbur edən İ.Ələsgərov isə onların qonşusu olub.

Uşağa qarşı bu qandonduran zorakılığın qarşısını polis əməkdaşları alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları İ.Ələsgərovu saxlayaraq, istintaqa təhvil veriblər. Onun barəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü (məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tarix
2024.10.04 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Xalqımız əzab-əziyyət içində yaşayanlara göstərdi ki...

Bu məqalənin müəllifi Əli Kərimli deyilmiş - Foto

QHT-lər Adam Şiffə açıq məktub yazdı

Prezident Ermənistana xəbərdarlıq etdi

Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla