Yuxarı

Müəllim işdən çıxarıldı, direktora töhmət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən araşdırılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub. Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda, müəssisədə insident yaratmaqla "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud surətdə pozub.

Əmək qanunvericiliyinin və "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin Qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Səriyyə Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib.

Eyni zamanda, məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq elan edilib.

Tarix
2024.10.04 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Xalqımız əzab-əziyyət içində yaşayanlara göstərdi ki...

Bu məqalənin müəllifi Əli Kərimli deyilmiş - Foto

QHT-lər Adam Şiffə açıq məktub yazdı

Prezident Ermənistana xəbərdarlıq etdi

Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla