Yuxarı

Kiyevdə gərginlik: Zelenski baş kəşfiyyatçını qovur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zelenskinin ofisi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun, Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin və müdafiə naziri Rüstəm Umerovun işindən razı deyil, buna görə də onların işdən çıxarılmasını müzakirə edir.

Axar.az xəbər verir ki, bu barədə “Forbes”in Ukrayna versiyası mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Budanovun işdən çıxarılması ən azı bir aydır ki, müzakirə olunur:

“Onun Prezident Ofisinin Andrey Yermak və baş komandan Sırski ilə gərgin münasibətləri var. Zelenski Baş Kəşfiyyat İdarəsinin bəzi əməliyyatlarından razı deyil və bütövlükdə ofis hərbi kəşfiyyat rəhbərinin mediada olmasından qıcıqlanır. Yekun qərar hələ verilməsə də, o, yaxın aylarda işdən çıxarıla bilər. Budanovla Sırski arasında münaqişə Baş Kəşfiyyat İdarəsinin bəzi kəşfiyyat məlumatlarını baş komandanla bölüşməməsi səbəbindən baş verib. Zelenskinin ofisi Sırskinin işindən də razı deyil, onun dəyişdirilməsi yay aylarında müzakirə olunub. Lakin Sırski ilə Zelenski arasında gərginlik Ukrayna ordusunun Kursk bölgəsinə hücumundan sonra səngiyib. Umerova gəlincə, ofis ondan da razı deyil. Çünki müdafiə naziri təyin olunmasından bir il sonra o, hələ də qurumda sabit iş qura bilməyib. Nazirlikdə xaos hökm sürür, əsas problemlər müdafiə müqavilələrinin uğursuzluğu, vəsait çatışmazlığı və istehsalın azalmasıdır”.

Tarix
2024.10.04 / 18:18
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Xalqımız əzab-əziyyət içində yaşayanlara göstərdi ki...

Bu məqalənin müəllifi Əli Kərimli deyilmiş - Foto

QHT-lər Adam Şiffə açıq məktub yazdı

Prezident Ermənistana xəbərdarlıq etdi

Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla