Yuxarı

Gimnastlarımız İspaniyada 1 qızıl, 2 gümüş qazandılar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə üç dəfə fəxri kürsüyə qalxıb.

Azərbaycan Gimnastika Federasiyasından Axar.az-a verilən məlumata görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülük proqramı üzrə hakimlərdən 72.000 xal alaraq birinci yeri tutub.

Ayrı-ayrı alətlər üzrə çıxışlarda isə 5 halqa proqramında qazandıqları 38.050 xal onlara gümüş medal qazandırıb. Milli komanda üç lent və iki topla hərəkətlərdə də medal əldə edib. Çıxışları 32.800 xalla qiymətləndirilən komanda bu dəfə gümüş medala sahib olub.

Beləcə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası Saraqosada keçirilən beynəlxalq turnirə 3 medalla yekun vurub.

Tarix
2024.07.07 / 16:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla