Yuxarı

Qurbanov "Qarabağ"ın qələbə və məğlubiyyətini şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov "Qarabağ"ın qələbə və məğlubiyyətini şərh etdi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlama verib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, Almaniya “Kayzerslautern”i (1:3) və Çexiya “Viktoriya”sı (2:1) ilə iyulun 9-da keçirilən yoxlama oyunları barədə fikirlərini bildirib. Mütəxəssis deyib ki, Avstriyadakı ilk oyun günü yaxşı alınıb.

“Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”, - Q.Qurbanov bildirib.

Baş məşqçi Avstriyadakı hazırlıq prosesini də dəyərləndirib:

“Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.

Tarix
2024.07.10 / 00:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla