Yuxarı

Hidayət Heydərov Olimpiya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hidayət Heydərov Olimpiya çempionu oldu

19:51

Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Axar.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn cüdoçumuz həlledici görüşə vəsiqə qazanıb. Bununla da Azərbaycan Paris olimpiadasında ilk medalı təmin edib.

H.Heydərov qızıl medal uğrunda qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosova) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında iştirak etdiyi ilk Olimpiadadır.

Tarix
2024.07.29 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla