Yuxarı

Əgər bunu bacarsaq, tarixi uğura imza atmış olarıq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər bunu bacarsaq, tarixi uğura imza atmış olarıq

Bizi İrlandiya klubu ilə çox ağır oyun gözləyir. Sabah keçiriləcək oyunda qalib gəlmək üçün şansımız var. Çalışacağıq ki, əlimizə düşən fürsətlərdən maksimum istifadə edək.

Axar.az xəbər verir ki, bu fikri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis görüşə hazır olduqlarını bildirib: “İrlandiyadakı ilk qarşılaşmamızda istədiyimiz kimi oyun nümayiş etdirə bilmədik. Doğrudur, müdafiədə müəyyən çətinliklərimiz var. Bəzi oyunçularımız zədəlidir. Amma hazırlıqlarımız davam edir. Təbii ki, məqsədimiz qrupda qalmaqdır. Əgər bunu bacarsaq, “Sabah” üçün möhtəşəm tarixi uğura imza atmış olarıq”.

Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” qarşılaşması “Bank Respublika Arena”da avqustun 15-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cütün ilk oyunu İrlandiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarix
2024.08.14 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla