Yuxarı

Azərbaycan parataekvondoçusu qızıl medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan parataekvondoçusu qızıl medal qazandı

2024.08.30. 16:30

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.

Axar.az xəbər verir ki, K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda kubalı Suares Uolker Me ilə qarşılaşıb.

Rəqibinə qalib gələn İ.Xəlilov yarımfinala vəsiqə qazanıb.

***

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

K44 kateqoriyası üzrə 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə özbəkistanlı Javokhir Alikulovla qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn dünya və Avropa çempionumuz adını finala yazdırıb.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.

***

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çeliklə qarşılaşıb.

Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub. Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.

Tarix
2024.08.31 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla