Yuxarı

Kiçik məsələdən sensasiya yaratmaq istədilər - Emreli

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiçik məsələdən sensasiya yaratmaq istədilər - Emreli

Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Hannover”lə matçdan öncə iki komanda yoldaşı ilə mübahisə etməsi barədə Almaniya mətbuatında yer alan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, Almaniya mətbuatında tez-tez dezinformasiyalara rast gəlmək mümkündür:

“Bunu təkcə mən yox, yerli əhali də deyir. Onların sözlərinə görə, alman mətbuatında yayılan xəbərlərin yalnız 20-30 faizi doğru olur. Heç bir komanda yoldaşımla aramda mübahisə olmayıb. Yəqin, kiçik bir məsələni böyüdərək sensasiya yaratmaq istəyiblər. Futbol oynayanda istər-istəməz emosiyalar olur. Çünki burada qalib gəlmək də, uduzmaq da var. Məğlubiyyət olanda kimsə əsəbləşə, bir-birinə sataşa bilər. Lakin bu, ancaq meydan daxilində baş verir. Heç bir söhbəti meydandan kənara daşımırıq. Bütün komandalarda belə olur. Nə olursa olsun dava yolverilməzdir. Həmçinin mən kluba yeni gəlmişəm. Hazırda kollektivə uyğunlaşmağa çalışıram. Azərbaycan mətbuatı da doğru olmayan məlumatları yaymadan öncə aydınlaşdırmaq, xoş xəbərlər yazmağa diqqət yetirmək lazımdır. Çünki saxta xəbərlərin yayılması həm idmançıya, həm də komandaya ziyan verir. Biz dezinformasiyalara çox da fikir vermirik. Düşünürəm ki, bunlar o qədər də önəmli məsələlər deyil”.

Qeyd edək ki, “Nürnberq” 7 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Tarix
2024.10.01 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla