Yuxarı

“Qarabağ” hər bir komanda üçün təhlükəlidir - Musayev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” hər bir komanda üçün təhlükəlidir - Musayev

"Qarabağ”ın bu mövsüm Avropa Liqasındakı çıxışına ətraflı qiymət vermək üçün gərək onun bütün matçlarını izləyəsən.

Axar.az xəbər verir ki, bu sözləri hazırda Rusiya Premyer Liqası "Krasnodar” klubunun baş məşqşiçi olan Murad Musayev azerisport.com saytına müsahibəsində deyib.

“Rusiyada çoxlu analitikimiz var ki, onlar öz fikirlərini minimal məlumat əsasında ifadə edirlər. Ona görə də mənim nəsə deməyim düzgün olmazdı. Bilirəm ki, “Qarabağ”ın hər oyunda çoxlu qol imkanı olur. Rəqiblərinin də həmçinin. Ustalıq baxımından “Qarabağ”ı tez-tez üstələyirlər. Mənim gördüyüm odur ki, “Qarabağ” yaxşı oyun sərgiləyir. Amma qol imkanlarını reallaşdırmaqda problemlər var. Komandadan həmişə çox şey gözləyirlər. Amma hesab edirəm ki, onlar bacardıqları qədər hər şeyi yaxşı edirlər”, - o bildirib.

M.Musayev qeyd edib ki, “Qarabağ”ın ötən mövsüm Avroliqadakı uğurlu çıxışından sonra rəqibləri ona daha ciddi yanaşmağa başlayıblar:

“Avropa Liqasında keçən ilki uğurlu mövsümdən - Portuqaliya "Braqa"sı mübarizədən kənarlaşdırıldıqdan və Almaniya "Bayer"ini 1/8 finalda yarışdan uzaqlaşdırmağa yaxın olduqdan sonra rəqibləri “Qarabağ”ı daha çox öyrənməyə və ona daha böyük hörmətlə yanaşmağa başladılar. “Qarabağ” Avropada hər bir komanda üçün təhlükəli rəqib sayılır. “Qarabağ”a afərin. Onlar tənqidə layiq deyillər”.

Tarix
2024.12.18 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla