Yuxarı

Juninyonun gedişi... - Qurbanovdan açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Juninyonun gedişi... - Qurbanovdan açıqlama

Juninyonun gedişi itki sayıla bilər. Lakin bu keçid baş tutarsa, Azərbaycan futbolu üçün önəmli hadisə olacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis hücumçu Olavio Juninyo ilə Braziliyanın "Flamenqo" və İspaniyanın "Sevilya" klublarının maraqlanmasına münasibət bildirib:

"Juninyo məsələsi konkretləşməyib. Əvvəl "Sevilya" ilə demək olar razılaşdırılmışdı. Daha sonra "Flamenqo" variantı ortaya çıxdı. Belə klublardan bizə təklif gəlməsi "Qarabağ"ın böyüməsi deməkdir. İstər İspaniya, istərsə də Braziliya mətbuatı "Qarabağ"dan yazmağa başladı. Bu işdə futbolçunun özünün də istəyi önəmlidir. Hər şey yaxın günlərdə dəqiqləşəcək".

Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlib.

Tarix
2025.01.09 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla