Yuxarı

"Qarabağ" Juninyonun əvəzinə onu gətirir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" Juninyonun əvəzinə onu gətirir

“Beroe”nin hücumçusu Leandro Qodoyla maraqlanan Azərbaycan klubunun adı məlum olub.

Axar.az Sportinfo.az-a istinadən xəbər verir ki, Bolqarıstanda çıxış edən argentinalı "Qarabağ"ın transfer siyahısında yer alıb.

Ağdam təmsilçisi 5 milyon avro qarşılığında “Flamenqo“ya satdığı Olavio Juninyonun yerinə məhz onu hədəfinə alıb. Hazırda tərəflər arasında danışıqlar sürətlə davam etməkdədir.

23 yaşlı forvardın xidmətində Rusiyadan “Lokomotiv” və Bolqarıstandan SSKA-sı da maraqlıdır.

“Beroe”nin Qodoya görə 1 milyon avro təzminat tələb etdiyi söylənilir. Onun bu klubla 2027-ci ilin yayına qədər müqaviləsi var.

Mərkəz hücumçusu olan Qodoy bu mövsüm “Beroe”nin heyətində bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 12 qol vurub (hamısı yüksək liqada).

Argentinalı "Rasinq", “Çakarita Juniors” (hər ikisi Argentina) və “Torreense”də (Portuqaliya) oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.

Tarix
2025.01.22 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla