Yuxarı

Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı... - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində U-20 Azərbaycan çempionatında çıxış edən Məhəmməd Qantəmirovun (Muxamed Qantemirov) geyimi üzərindəki Rusiya bayrağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, onun ölkə birinciliyində başqa ölkə bayrağı ilə yarışması tənqid edilib.

Azərbaycan çempionatında idmançının başqa ölkənin bayrağı ilə xalçaya çıxması sual doğurur.

Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı güləşçilərin ölkə çempionatında başqa bayraqla mübarizə aparmasının qadağan edildiyini bildirib.

Federasiya rəsmisi Məhəmməd Qantəmirovun geyimindəki Rusiya bayrağının əvvəlcədən üzərinin örtüldüyünü açıqlayıb:

"Əslində, bizdə görüntülər var. Onun geyimindəki Rusiya bayrağı əvvəlcədən bağlanmışdı. Lakin bayrağın üzərinə vurulan stiker sonradan qopub. Hakimlər stikerin qopduğunu görüblər və yenidən üzərini örtüblər. Bu, finalda qısa zaman ərzində baş verib.

O, yeniyetmə idmançılar arasında Avropa ikincisi və dünya üçüncüsüdür. İdmançının trikosu var. Sadəcə itirdiyi üçün bu geyimdə gəlib. Vaxtında bizə məlumat versəydi, onu geyimlə təmin edərdik. Amma məlumat vermədiyi üçün bu cür mənzərə yaranıb".

Tarix
2025.02.14 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

“Yumşaq güc” reytinqi açıqlandı: Azərbaycan neçəncidir?

5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı

Döyüş mövqelərində vəziyyət nə yerdədir? - MN

Si Kremldən şübhələndi - Tramp istəyinə çatır

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla