Yuxarı

Maradonanın ölüm şəkli yayıldı - Şok görüntü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maradonanın ölüm şəkli yayıldı - Şok görüntü

Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.

Axar.az Offsideplus.az-a istinadən xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən məhkəmə prosesinin ilk iclasında şok görüntülər yayımlanıb.

Keçmiş futbolçunun vəkili məhkəmədə ölüm faktı ilə bağlı detalları açıqlayıb. O, Maradonanın ölümündən dərhal sonra çəkilən fotonu nümayiş etdirib:

"Baxın, cənab Dieqo belə öldü. İttiham olunanlar arasında "Maradonaya nə olduğunu bilmirik" deyənlərin hamısı yalan danışır. Vəziyyət tam aydın görünür".

Vəkil fotonu göstərən zaman Maradonaın qızları Dalma və Gianna göz yaşlarına boğulub. Məhkəmə binasının ətrfına toplaşan fanatlar isə cinayətkarlara ən ağır cəza verilməsini tələb ediblər.

Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında Buenos-Ayresdəki fərdi yaşayış evində dünyasını dəyişib. Əfsanəvi futbolçunun dəfnindən sonra onun yaxınları və dostları həkimləri səhlənkarlıqda ittiham edərək, onlara qarşı idda qaldırıb. Ölüm faktı ilə bağlı 8 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Onların günahı sübuta yetirilərsə, 25 illik həbs cəzasının veriləcəyi gözlənilir.

Tarix
2025.03.12 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla