Yuxarı

"İnter" geri çəkildi, "Neftçi" Avroliqada

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İnter" geri çəkildi, "Neftçi" Avroliqada

Bakı "İnter"i bu mövsüm avrokuboklarda oynamaq istəyindən geri çəkilib.

Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumatda qeyd edilir: "30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, "İnter"PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazandığı birinci mövsümdə iştirak hüququndan məhrum edib. İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan "İnter"PİK və onun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 11 aprel 2016-cı il tarixdə CAS-a müraciət etmiş və bu qərara yenidən baxılmasını xahiş edib. "İnter"PİK-in işlə bağlı zəruri sənədlər toplusunu qəbul etmiş CAS qarşı tərəfə (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirmək üçün vaxt verib.

Ötən müddət ərzində UEFA işlə bağlı mövqeyinin əks olunduğu sənədləri CAS-a və bir nüsxəsini "İnter"PİK-ə ünvanlayıb. "İnter"PİK-in rəhbərliyi UEFA-nın sənədləri ilə tanış olub və CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarının CAS tərəfindən ləğv edilməsi ehtimalının çox az olması qənaətinə gələrək və klubun maliyyə vəsaitinin qorunmasını təmin etmək məqsədi ilə şikayətini geri çağırmaq barədə qərar qəbul edib. Həmçinin, "İnter"PİK-in cari mövsümdə Avropa Liqası zonasına düşməsi və UEFA-nın cəzasının bu il çəkilməsi CAS-a şikayətin geri götürülməsini şərtləndirən səbəblərdən biri olub".

Qeyd edək ki, bununla da cari mövsüm Avroliqada Azərbaycanı təmsil edəcək dördüncü klubun "Neftçi" olması rəsmiləşib.

Tarix
2016.06.02 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla