Yuxarı

Güləşçimiz erməni rəqibini darmadağın etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçimiz erməni rəqibini darmadağın etdi

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Axar.az xəbər verir ki, təcrübəli idmançı yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gəlib.

Murad Məmmədov (63 kq) eyni raundda türkiyəli həmkarı Kerem Kamala uduzub. İslam Abbasov (87 kq) isə bolqarıstanlı Semen Novikova məğlub olub.

Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli Əhməd Yılmaza, Beka Kandelaki (130 kq) 1/4 finalda türkiyəli Həmzə Bakıra yenilib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Georgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub.

Qitə birinciliyi aprelin 13-də başa çatacaq.

Tarix
2025.04.11 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla